Azedu.az

Radikalizmlə mübarizədə ən etibarlı vasitə məktəbdir

Məktəblər

15 Dekabr 2025, 10:21
Radikalizmlə mübarizədə ən etibarlı vasitə məktəbdir

“Bu gün cəmiyyətimizdə dini biliklərin formalaşmasında bir neçə əsas mənbə çıxış edir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransda çıxışı zamanı qeyd edib.

“Ailə, kütləvi informasiya vasitələri və ibadət ocaqları. Lakin bu mənbələrin heç biri tam etibarlı və sistemli deyil. Ailələrin dini bilik səviyyəsi fərqlidir, bəziləri natamam, bəziləri isə xətalı məlumatlara malikdir. KİV, internet və sosial şəbəkələrdə tez-tez yanlış və yönləndirici məlumatlara rast gəlinir. Din xadimlərinin bir hissəsinin isə dini və dünyəvi biliklərinin yetərli olmaması da narahatlıq doğurur.

Bu mənzərə fonunda belə bir sual ortaya çıxır: cəmiyyətdə sağlam dini düşüncənin formalaşması və radikalizmlə mübarizə baxımından biz hansı ardıcıl və etibarlı mənbəyə güvənə bilərik? Cavab isə aydındır. Təhsil və məktəb”.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox