Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar təhsil sahəsini də əhatə edib. Ölkə üzrə 3600-dən çox təhsil müəssisəsi yenidən inşa olunub və ya əsaslı şəkildə təmir edilib.
AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransın açılışında səsləndirib
Nazir müavini əlavə edib ki, nəticə olaraq 1,6 milyon şagirdin daha müasir və komfortlu şəraitdə təhsil almasına imkan yaranıb:
"Son dövrdə 400-dən çox məktəbdə metodik xidmət gücləndirilib, 2 000-dən çox məktəbdə isə yenilənmiş metodik vəsaitlərin tətbiqinə başlanılıb".