Azedu.az

Bütün siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək

Məktəblər

8 Dekabr 2025, 12:27
Bütün siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək

Təhsil sistemi çərçivəsində tədrisin hansı dildə aparılmasından asılı olmayaraq, Azərbaycan vətəndaşlarının həmin dili mükəmməl bilməsi zəruridir. Bu yanaşma, dilin həm milli kimliyin formalaşmasında, həm də elmi və mədəni biliklərin mənimsənilməsində əsaslı rolunu vurğulayır. Belə ki, Azərbaycan vətəndaşlarının Azərbaycan dilini yüksək səviyyədə bilməsi, onların həm tarixi, həm də mədəni biliklərə çıxışını təmin edir və bu, eyni zamanda ölkənin təhsil siyasətinin prioritet istiqamətlərindən biridir.

AzEdu.az-ın məlumatına görə, bunu Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib:

"Bu baxımdan, Azərbaycan dili fənninin tədris saatlarının artırılması və müəyyən fənnlərin, xüsusən də “Azərbaycan tarixi”nin 6-cı sinifdən etibarən Azərbaycan dilində tədris edilməsinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox