Azedu.az

Bir gen birbaşa psixi pozğunluğa səbəb ola bilər

Maraqlı

3 Dekabr 2025, 11:21
Bir gen birbaşa psixi pozğunluğa səbəb ola bilər

Beynəlxalq tədqiqatçılar ilk dəfə olaraq bir genin birbaşa psixi pozğunluqların yaranmasına səbəb ola biləcəyini müəyyən ediblər. Əvvəllər psixi xəstəliklərin bir neçə genin birlikdə təsirindən əmələ gəldiyi düşünülürdü.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, tədqiqatçılar GRIN2A geninin müəyyən mutasiyalarının depressiya, yaddaş və davranış pozğunluqları kimi psixi əlamətlərin yaranmasında əsas rol oynadığını açıqlayıblar.

Bu kəşf psixi xəstəliklərin genetik əsasları haqqında uzun müddətdir qəbul olunan anlayışları dəyişə və gələcəkdə müalicə metodlarının inkişafına yeni perspektivlər aça bilər.

Alimlər hesab edirlər ki, bu tədqiqat psixi sağlamlıq sahəsində genetik analiz və erkən diaqnostika üçün yeni imkanlar yarada bilər.

5-ci kolon təmizlənir - Azərbaycanda kimləri hansı aqibət gözləyir?
Son xəbərlərDaha çox