Azedu.az

Balıq uşaqların beynini necə gücləndirir?

Maraqlı

16 Noyabr 2025, 11:17
Balıq uşaqların beynini necə gücləndirir?

Balıq qəbulu uşaqların beyin inkişafında mühüm rol oynayır. 

AzEdu.az xəbər verir ki, araşdırmalara görə, balığın tərkibindəki omega-3 yağ turşuları, xüsusilə DHA, yaddaşın, öyrənmə sürətinin və diqqət toplama bacarığının formalaşmasında əsas amillərdəndir. 

Bu maddələr beynin sinir hüceyrələri arasındakı əlaqələri gücləndirir və uşaqlarda idrak funksiyalarının yaxşılaşmasına təsir edir. 

Mütəxəssislər qeyd edirlər ki, həftədə ən az bir dəfə balıq yeyən uşaqların məktəb performansı və yuxu keyfiyyəti digər uşaqlarla müqayisədə daha yüksək olur.

Faydalı balıq növləri arasında somon, skumbriya, siyənək, alabalıq və sardina xüsusi yer tutur. Bu balıqlar həm beyin, həm də göz və immun sistemi üçün vacib olan yüksək miqdarda omega-3 ilə zəngindir. Bununla yanaşı, hazırda davam edən payız-qış ayları balıq mövsümü sayılır. Bu dövrdə balığın tərkibi daha yağlı olur və qida dəyəri artır. 

Mütəxəssislər valideynlərə məhz bu aylarda uşaqların rasionuna daha müntəzəm şəkildə balıq əlavə etməyi tövsiyə edirlər.

Ümumilikdə, payız-qış mövsümündə həftədə bir və ya iki dəfə balıq qəbulu uşaqların beyin inkişafına, diqqətinə və yaddaşına müsbət təsir göstərən ən vacib qida vərdişlərindən biri kimi qiymətləndirilir.

TƏCİLİ! Şok hücum - Rusiya İSGƏNDƏRLƏ Azərbaycan səfirliyini vurdu
Son xəbərlərDaha çox