Azedu.az

Alimlər Antarktidada 6 milyon illik buz təbəqəsi aşkar ediblər - FOTO

Maraqlı

6 Noyabr 2025, 09:42
Alimlər Antarktidada 6 milyon illik buz təbəqəsi aşkar ediblər - FOTO

Alimlər Antarktidada 6 milyon illik buz təbəqəsi aşkar ediblər. Bu kəşf Yer kürəsinin qədim atmosferi və iqlim şəraiti haqqında birbaşa məlumat əldə etməyə imkan verir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, buz nümunəsi uzunmüddətli iqlim dəyişikliklərini və istixana qazlarının tarixi səviyyələrini öyrənmək üçün istifadə olunacaq. Araşdırma göstərir ki, iqlim sisteminin keçmişdəki davranışını anlamaq bugünkü iqlim dəyişikliklərini proqnozlaşdırmaq üçün vacibdir.

Alimlər bildirirlər ki, bu tip buz nümunələri planetimizin keçmiş iqlim dövrləri və təbii “feedback” mexanizmləri barədə əhəmiyyətli məlumatlar verir. Eyni zamanda, nəticələr gələcəkdə iqlim modellərinin dəqiqliyini artırmaqda mühüm rol oynayacaq.

Qeyd olunur ki, buz nümunəsinin Antarktidada qorunmuş şəkildə saxlanması və onun detallı analizi uzun və mürəkkəb proses tələb edir.

Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu
Son xəbərlərDaha çox