Azedu.az

Subbakalavrlar üçün abituriyent jurnalı ÇIXDI

8 Avqust 2024, 10:44
Subbakalavrlar üçün abituriyent jurnalı ÇIXDI

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını çap edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bu xüsusi buraxılışda “2024/2025-ci tədris ili üçün  Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə SUBBAKALAVRLARIN İXTİSAS SEÇİMİ ELANI”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İXTİSAS UYĞUNLUĞU CƏDVƏLİ ” və digər faydalı məlumatlar təqdim olunub.

 

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

TƏCİLİ! Türkiyə qırıcıları İrana görə havaya qaldırıldı
Son xəbərlərDaha çox