Azedu.az

Bu sənət üzrə qabiliyyət imtahanlarına start verilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi

28 İyun 2024, 16:19
Bu sənət üzrə qabiliyyət imtahanlarına start verilib

Bu gün ali təhsil müəssisələrinin Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib. İmtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

 

AzEdu.az xəbər verir ki, ilk gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

 

İmtahanlar 2 növbədə təşkil olunur və 5 iyul tarixinədək davam edəcək.

 

Abituriyentlər imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əsli, buraxılış vərəqəsi və proqram formasını özləri ilə gətirməlidirlər.

Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu
Son xəbərlərDaha çox