Azedu.az

Britaniya universitetində Novruz bayramı qeyd olunub

Maraqlı

Xaricdə təhsil

26 Mart 2023, 16:25
Britaniya universitetində Novruz bayramı qeyd olunub

Böyük Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan “Sussex” universitetində Novruz bayramı qeyd olunub.

 

AzEdu.az xəbər verir ki, bayram tədbiri “Sussex” Universitetindətəhsil alan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan tələbələr tərəfindən təşkil edilib.

 

 

 

Bayram şənliyinə qatılan əcnəbi tələbələrə Novruz bayramının qədim ənənələri haqda məlumat verilib. Dünyanın bir çox ölkələrindən gəlib burda təhsil alan tələbələr, Novruz şirniyyatlarından dadıblar. Tədbirin təşkilatçılarından biri, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu universitetdə magistr təhsili alan Kənan Məmmədov bildirib ki, tədbir tələbələr tərəfindən maraqla qarşılanıb. Tədbirdə Azərbaycan musiqiləri və ölkəmiz haqqında videoçarx nümayiş etdirilib.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox