Azedu.az

Buraxılış imtahanlarının nəticələri BU tarixdə elan olunacaq

Maraqlı

Dövlət İmtahan Mərkəzi

9 May 2022, 12:01
Buraxılış imtahanlarının nəticələri BU tarixdə elan olunacaq

 

Dövlət İmtahan Mərkəzi aprelin 16-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

İmtahanlar Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt, Lənkəran və Gəncə (Kəpəz) şəhərlərində təşkil olunub.

 

Bəs 16 Aprel tarixində keçirilən imtahanların nəticələri nə zaman elan olunacaq?

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Məlumata əsasən, imtahan nəticələri bu həftə ərzində elan olunacaq.

Qeyd edək ki, bu tarixdə tədrisi gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.

 

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox