Azedu.az

Ukrayna təhsil naziri dağıdılan məktəblərdə-Son vəziyyət -VİDEO

Maraqlı

Xaricdə təhsil

30 Mart 2022, 14:52
Ukrayna təhsil naziri dağıdılan məktəblərdə-Son vəziyyət -VİDEO

 

Ukraynanın Elm və Təhsil naziri Sergey Şkarlet Jitomir vilayətindəki təhsil müəssisələrinə baş çəkib.

 

AzEdu.az xəbər verir ki, həmçinin vilayətdə müharibədən zərərçəkən insanlarla görüşən nazir, burada toplanan yardımları da nəzərdən keçirib.

 

Səfər zamanı nazir hücum nəticəsində dağıdılan təhsil müəssisəsində də olub. O, hazırda məktəbəqədər təhsil müəssisələrinin təxminən 30%-nin fəaliyyətinin distant şəkildə davam etdirildiyini qeyd edib. Vilayətdəki digər nümayəndələrlə görüş zamanı hərbi vəziyyət səbəbilə müvəqqəti olaraq fərqli məkanlarda məskunlaşan şagirdlər təhsili üçün mobil qrupların yaradılması mexanizmi də müzakirə olunub.Təxminən 1200 müvəqqəti məcburi köçkün məktəbli təhsil müəssisələrində tədris prosesinə cəlb olunub.

 

Nazirin sözlərinə görə, demək olar ki, bütün peşə və ali təhsil müəssisələrində tədrisin distant formada təşkilinə başlanılıb.

 

Son olaraq o, müharibə dövründə təhsilin fasiləsizliyi üçün çalışan bütün pedaqoqlara, müəllimlərə, professorlara minnətdarlığını bildirib.

 

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox