Azedu.az

Magistratura imtahanlarının nəticələri BU TARİXDƏ elan ediləcək

21 Fevral 2022, 10:48
Magistratura imtahanlarının nəticələri BU TARİXDƏ elan ediləcək

Fevralın 20-də Ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanı keçirilib.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan nəticələri 3 gün ərzində elan ediləcək.

 

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılıb.

 

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 17 097 bakalavr ərizə təqdim edib.

 

 

TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?
Son xəbərlərDaha çox