Azedu.az

"Məktəblər hibrid formatda olsa da açılmalıdır"-Şəmil Sadıq  

Maraqlı

25 Avqust 2020, 17:40

 

Yenə ortada müəllimlər qalır...

Uzun müddətdir hər bir müəllimin öz kiçik profilində fərdi elanlarını gördükcə adamın ürəyi dağa dönür... Azdan-çoxdan öz həyat tərzlərini qurub yaşayırdılar bu pandemiyaya qədər. İndi isə az qalırıq qapı-qapı düşüb evlərdən uşaq yığaq".

AzEdu.az xəbər verir ki, bu sözləri Hədəf STEAM liseyinin qurucusu Şəmil Sadıq şəxsi facebook hesabında qeyd edib. O, özəl sektorda çalışan müəllimlərin hazırki vəziyyətindən narahatlığını bildirib:

"Evə hazırlağa getmək müəllimlər arasında o qədər də hörmətli iş sayılmırdı. İndi isə çarəsizlikdən buna da gedirik...Olmaz belə, olmaz... müəllimlərin dağılan tifağına bir çarə gərək!

Özəl sektorun müəllimləri bu baxımdan ən çox əziyyət çəkən şəxslərdir! Sistemin quran adam indi dağa daşa düşüb, çörəkpulu üçün alverə belə girişənləri var".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox