Azedu.az

İyulun 5-də ilin üçüncü Ay tutulması olacaq

Maraqlı

4 İyul 2020, 17:27
İyulun 5-də ilin üçüncü Ay tutulması olacaq

Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək.

 

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a verilən məlumata görə, yarımkölgəli Ay tutulması hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 04:31-də müşahidə olunacaq.


Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək. 

 

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.

İranda dəhşətli olay - Etirazçılar belə öldürülür
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox