Azedu.az

Sürücü avtomobilinə qartopu atan iki məktəblini güllələdi

Maraqlı

7 Yanvar 2020, 13:32
Sürücü avtomobilinə qartopu atan iki məktəblini güllələdi
 
ABŞ-ın Viskonsi ştatının Miluoki şəhərində sürücü avtomobilinə qartopu atdıqları üçün 12 və 13 yaşındakı iki uşağa atəş açıb.
 
AzEdu.az  xəbər verir ki, 12 yaşlı qız və 13 yaşlı oğlan digər uşaqlarla birlikdə avtomobillərə qartopu atıblar. Qartopu ağ “Toyota” markalı avtomobilə dəyib, bundan sonra sürücü silah çıxararaq, uşaqlara atəş açıb.

Güllə yarası alan iki uşaq xəstəxanaya aparılıb. Polis şübhəlini axtarır və hadisəni araşdırır. (azvision.az)
SON DƏQİQƏ! İranın yeni müdafiə naziri də ö*ldürüldü
Son xəbərlərDaha çox