Azedu.az

“Sosial şəbəkə istifadəçiləri təhqirlərə yol verirlər, yüzlərlə şikayət qəbul edirik” – Deputat

Maraqlı

29 Noyabr 2019, 11:53
“Sosial şəbəkə istifadəçiləri təhqirlərə yol verirlər, yüzlərlə şikayət qəbul edirik” – Deputat

“Sosial şəbəkələrlə bağlı qanunvericilik tətbiq olunmalı və insan həyatına müdaxilənin qarşısı alınmalıdır”

AzEdu.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “İnformasiya Təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransında deyib. O, qeyd edib ki, sosial şəbəkələrdə insanlar başqalarının şəxsi həyatına müdaxilə edir və təhqirə tol verirlər:

“Sosial şəbəkələrlə bağlı qanunvericilik tətbiq olunmalı və insan həyatına müdaxilənin qarşısı alınmalıdır. Bizə hər gün yüzlərlə şikayət daxil olur. İnternet mediasında insanların hüquqları pozulur. Biz bunun qarşısını almaq üçün qərar qəbul edəcəyik”.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox