Azedu.az

Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır - Tədqiqat

Maraqlı

1 Aprel 2026, 08:55
Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır - Tədqiqat

Müntəzəm olaraq qəhvə istehlakı ömrün təxminən iki ilədək uzanmasına səbəb ola bilər.

AzEdu.az Almaniyanın "Focus Online" nəşrinə istinadən xəbər verir ki, genişmiqyaslı elmi tədqiqatlar bu içkinin insan sağlamlığına müsbət təsirlərini təsdiqləyib.

Tədqiqatlar göstərir ki, hər gün qəhvə içən şəxslərdə vaxtından əvvəl ölüm riski bu içkidən tamamilə imtina edənlərlə müqayisədə xeyli aşağıdır. Yüzminlərlə iştirakçının məlumatlarını analiz edən alimlər müəyyən ediblər ki, ən yüksək müsbət effekt gündə təxminən 3-4 fincan qəhvə qəbul edildikdə müşahidə olunur. Bu göstərici yaşama müddətinin orta hesabla 1.8 - 2 il artmasına kömək edir.

Mütəxəssislər qəhvənin bu faydalı xüsusiyyətlərini onun tərkibindəki bioloji aktiv maddələrlə izah edirlər. Xüsusilə, hüceyrələri zədələnmədən qoruyan və orqanizmdəki iltihab proseslərini azaldan antioksidantlarla zəngin olan içki bir çox xəstəliklərə qarşı qalxan rolunu oynayır.

Daha əvvəl aparılan araşdırmalar da qəhvənin ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və bəzi neyrodegenerativ (məsələn, yaddaşla bağlı) pozuntuların riskini azaltdığını təsdiqləmişdi.

Tədqiqatçılar xüsusilə vurğulayırlar ki, söhbət yalnız qədərində istehlakdan gedir. Həddindən artıq qəhvə içmək gözlənilən faydanı aradan qaldıra bilər. Xüsusilə kofeinə qarşı həssaslığı olan insanlarda artıq qəhvə istehlakı yuxusuzluq, ürək döyüntüsü və digər arzuolunmaz yan təsirlərə səbəb ola bilər.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox