Azedu.az

Günəşdə böyük plazma partlayışı

Maraqlı

29 Mart 2026, 10:25
Günəşdə böyük plazma partlayışı

Günəşdə güclü plazma atılması baş verir və bu hadisə Ay missiyasının başlanmasına təsir göstərə bilər.

AzEdu.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

"Koronoqrafların göndərdiyi məlumatlara və rentgen şüalanmasına əsasən, Günəşdə hazırda böyük plazma atılması prosesi inkişaf edir", - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, bu hadisə, xüsusilə diqqət çəkir. Belə ki, 1972-ci ildən sonra Aya ilk insanlı uçuşun 2026-cı il aprelin 2-nə planlaşdırıldığı açıqlanıb. Missiya çərçivəsində dörd nəfərlik ekipaj Yerin maqnit sahəsinin qoruyucu təsirindən kənara çıxacaq.

Alimlərin sözlərinə görə, Yerə yaxın orbitlərdən fərqli olaraq, uzaq orbitlərdə kosmik gəmi bir neçə gün ərzində Günəş plazma buludunun birbaşa təsiri altında qala bilər. Yerə yaxın zonalarda isə əsasən kosmik havanın ikinci dərəcəli təsirləri - maqnit sahəsinin dalğalanmaları, atmosfer sıxlığının dəyişməsi və yüklü hissəciklərin sayının artması müşahidə olunur.

Bu səbəbdən laboratoriya yaxın günlərdə Günəş aktivliyini daha diqqətlə izləyəcək.

Xatırladılıb ki, uzaq kosmosla bağlı missiyanın təxirə salınmasına dair sonuncu belə hal 2025-ci ilin noyabrında qeydə alınıb. Həmin vaxt NASA "ESCAPADE" peyklərinin Marsa buraxılışını Günəş aktivliyi səbəbindən təxirə salmışdı.

Laboratoriyanın məlumatına görə, hazırda plazma buludunun Yerə çatma ehtimalı aşağı qiymətləndirilir: "İlkin hesablamalara əsasən, plazma buludunun yalnız kənar periferik hissələrinin Yerə zəif təsiri mümkündür. Hesablamaların nəticələri bunu dəqiqləşdirəcək".

Eyni zamanda qeyd olunub ki, bəzi əlamətlər Günəşdə aktivliyin sistemli şəkildə artmağa başladığını göstərir və bu prosesin növbəti həftə ərzində davam etməsi ehtimal olunur.

"Əgər bu təsdiqlənsə, həmin amil nəzərə alınmalı olacaq", - deyə alimlər əlavə ediblər.

TƏCİLİ! Orduya əmr verildi - İrana hücum başlayır
Son xəbərlərDaha çox