Azedu.az

OpenAI elmi təşəbbüslərə 1 milyard dollar ayırdı

Maraqlı

25 Mart 2026, 15:22
OpenAI elmi təşəbbüslərə 1 milyard dollar ayırdı

OpenAI bu gün yeni elmi və sosial təşəbbüslərini açıqlayıb.

AzEdu.az-ın xarici KİV-dən əldə etdiyi məlumata görə, layihə çərçivəsində şirkət biotəhlükələr, süni intellektin pozuntuları və xəstəliklərlə mübarizə sahələrində 1 milyard dollar investisiya ayıracaq.

Şirkət bildirib ki, bu təşəbbüslər həm elmi araşdırmaları sürətləndirməyə, həm də süni intellekt və biotəhlükələrlə bağlı risklərin idarə olunmasına yönəlib.

OpenAI-nin qeyri-kommersiya yönümlü bölməsi elmi resursların genişləndirilməsi, qlobal əməkdaşlıqlar və təhlükəsiz texnologiyaların inkişafına dəstək verəcək.

OpenAI rəhbərliyi layihənin məqsədini belə izah edib: “Elm və texnologiya sahəsində riskləri azaltmaq və insanlığa fayda verəcək innovasiyaları sürətləndirmək üçün həm resurs, həm də təcrübəmizi səfərbər edirik".

TƏCİLİ! Orduya əmr verildi - İrana hücum başlayır
Son xəbərlərDaha çox