Azedu.az

Fiziklər proqnozlaşdırılan maqnit burulğanlarını aşkar edib

Maraqlı

8 Mart 2026, 09:43
Fiziklər proqnozlaşdırılan maqnit burulğanlarını aşkar edib

Fiziklər atom qalınlığında olan xüsusi material üzərində aparılan eksperiment zamanı 50 il əvvəl nəzəri olaraq proqnozlaşdırılmış maqnit burulğanlarını ilk dəfə müşahidə ediblər.

AzEdu.az "ScienceDaily" nəşrinə istinadən xəbər verir ki, təcrübə zamanı material soyudulduqda, atomların maqnit istiqamətləri kiçik burulğan formasında strukturlar yaradıb.

Bu hadisə ikiölçülü maqnetizm haqqında 1970-ci illərdə irəli sürülmüş nəzəri modelin düzgün olduğunu göstərir. Alimlərin fikrincə, kəşf maqnit materiallarının davranışını daha dərindən anlamağa imkan verir.

Tədqiqatçılar bildiriblər ki, belə strukturlar gələcəkdə ultrakiçik elektron cihazların yaradılmasına kömək edə bilər. Bu texnologiya məlumatlarının daha sıx və sürətli şəkildə saxlanılması üçün yeni imkanlar açır.

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox