Hər sabah əfqanistanlı bir ata, özünün heç vaxt sahib ola bilmədiyi təhsili qızlarının alması üçün 12 kilometr yol qət edərək onları məktəbə aparır. Qızları sinfə daxil olduqdan sonra isə dərhal geri qayıtmır; dərslər bitənə qədər saatlarla məktəbin qarşısında gözləyir. Qızları sinfə daxil olduqdan sonra isə dərhal geri qayıtmır; dərslər bitənə qədər saatlarla məktəbin qarşısında gözləyir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanın Paktia vilayətində yaşayan 52 yaşlı Saidal Rahman, hər gün qızlarını məktəbə şəxsən özü aparır. Bölgədə nəqliyyat imkanlarının məhdud olması və qız uşaqlarının təkbaşına səyahət etməsinin təhlükəsiz hesab edilməməsi səbəbindən, o, dik yamaclardan və tozlu cığırlardan keçərək onlara müşayiət edir. Bu fədakarlıq artıq onun gündəlik həyatının bir hissəsinə çevrilib.
Qızları dərslərində olduğu müddətdə o, məktəbin yaxınlığındakı bir ağacın altında oturub səbirlə gözləyir. Dörd saat boyunca orada qalır və dərslər bitdikdə onları yenidən götürərək birlikdə evə piyada dönürlər.
2022-ci ildən bəri onun bu səssiz, lakin güclü fədakarlığı sosial mediada böyük marağa səbəb olub. Bir çox insan Saidal Rahmanı ata sevgisinin və cəsarətin rəmzi kimi görür.
Çünki bəzən bir valideynin övladlarına verə biləcəyi ən böyük dərs sözləri deyil, göstərdiyi fədakarlıqdır

