Azedu.az

Alimlər: yaşlanma qorxusu insanı daha tez qocaldır

Maraqlı

26 Fevral 2026, 20:24
Alimlər: yaşlanma qorxusu insanı daha tez qocaldır

Alimlərin son araşdırmaları göstərir ki, yaşlanmaq qorxusu və mənfi psixoloji yanaşma insan orqanizmində bioloji yaşlanma prosesini sürətləndirə bilər.

AzEdu.az xarixi KİV-ə istinadən xəbər verir ki, tədqiqat nəticələrinə görə, özünü “tez qocalan”, “enerjisiz” və ya “yaşı keçmiş” kimi qəbul edən insanlarda xroniki stress səviyyəsi artır, bu isə hüceyrə səviyyəsində dəyişikliklərə səbəb olur. Mütəxəssislər bildirir ki, uzunmüddətli stress immun sistemini zəiflədir, iltihabi prosesləri gücləndirir və nəticədə orqanizmin bərpa qabiliyyəti azalır.

Araşdırmada həmçinin müəyyən edilib ki, yaşa müsbət münasibət, aktiv sosial həyat və özünü inkişaf etdirməyə açıq olmaq bioloji yaşlanmanı ləngidən əsas amillərdəndir. Alimlər hesab edirlər ki, psixoloji sağlamlıq təkcə ruh halına deyil, ömür uzunluğuna da birbaşa təsir göstərir.

Televiziyalarda yeni dövr - Kimlər efirlərdən qovulacaq?
Son xəbərlərDaha çox