Azedu.az

“Vaxt itkisi” deyil: Oyunlardan doğan milyonluq uğur HEKAYƏLƏRİ

Maraqlı

3 Fevral 2026, 13:10
“Vaxt itkisi” deyil: Oyunlardan doğan milyonluq uğur HEKAYƏLƏRİ

Uşaqların video oyunlarına olan marağı valideynlər tərəfindən əksər hallarda mənfi qiymətləndirilir və bu məşğuliyyət sadəcə vaxt itkisi kimi qəbul olunur. Lakin müasir dövrdə video oyunlar, xüsusilə strateji, açıq dünya (sandbox) və çoxnəfərli (multiplayer) janrlar uşaqlar üçün təkcə əyləncə vasitəsi deyil, eyni zamanda iqtisadi və strateji düşüncə bacarıqlarının formalaşdığı mühüm virtual platformalara çevrilib.

Bu tip oyunlar uşaqlara resursların idarə edilməsi, investisiya qoyuluşu, ticarət bacarıqları, düzgün planlama və mürəkkəb situasiyalarda effektiv qərarvermə kimi vərdişləri praktik şəkildə aşılayır. Aparılan araşdırmalar göstərir ki, düzgün seçilmiş və məqsədyönlü video oyunlar uşaqlarda tənqidi təfəkkürün inkişafına, eləcə də uzunmüddətli strateji planlama qabiliyyətinin güclənməsinə birbaşa təsir edir.

AzEdu.az uşaqlıq illərindən video oyunlara maraq göstərərək bu sahədə uğur qazanan gəncləri araşdırıb və onların oyunlardan real həyata daşınan nailiyyətlərini oxuculara təqdim edir.

Oyun həvəsindən texnologiya sahibkarlığına

Minecraft yeni nəsil texnologiya sahibkarlarının yetişməsi üçün əlverişli mühit yaradıb. Məsələn, Kolin Makdonald 13 yaşında bu oyunu oynamağa başlayaraq özünü proqramlaşdırma və layihə idarəetməsi sahəsində inkişaf etdirib. Bu gün o, oyun üçün təkmilləşdirmə paketləri (modlar) hazırlayan və 50-dən çox işçisi olan "Moonsworth" texnologiya şirkətini idarə edir. Bu uğur, oyun vasitəsilə əldə edilmiş problem həlli bacarıqlarının real biznes mühitində tətbiqidir.

environmental portrait of Colin McDonald.

Laurı Liflyandski və dostu Robin Kase isə Roblox və Minecraft məzmunları paylaşdıqları YouTube kanalı vasitəsilə milyonlarla izləyici toplayıblar. Onlar bununla kifayətlənməyərək, sonradan server texnologiyaları və hostinq xidmətləri sahəsində öz startaplarını quraraq yüz minlərlə dollar gəlir əldə ediblər. Bu gənclər oyunlardan yalnız əyləncə üçün istifadə etməyib, həm də video istehsalı və biznes bacarıqlarını gəlirli bir fəaliyyətə çeviriblər

Shulkercraft Net Worth & Earnings (2026)

Virtual iqtisadiyyat: Roblox və rəqəmsal moda

Roblox platforması uşaq və gənclərə yaratdıqları oyunlar və virtual əşyaların satışı vasitəsilə real pul qazanma imkanı yaradır. 2025-ci ilin statistikasına görə, platformadakı yaradıcılar ümumilikdə 923 milyon dollar gəlir əldə ediblər. Məsələn, 19 yaşlı bir gənc yaratdığı “Blue Lock: Rivals” oyununu 3 milyon dollara sataraq ciddi iqtisadi uğura imza atıb.

Digər bir nümunə isə "Builder_Boy" kimi tanınan Samuel Jordandır. O, Roblox platformasında fərdi obraz (avatar) əşyaları və rəqəmsal moda dizaynı ilə böyük uğur qazanıb. Hazırda o, Stella McCartneyBurberry kimi dünya brendləri ilə əməkdaşlıq edir. Bu, oyunla başlayan yaradıcı bacarıqların yüksək moda və rəqəmsal dizayn sahələrinə qədər genişlənə biləcəyini göstərir.

Meet the digital designer behind Burberry's new Roblox handbags ...
Virtual bloklardan real memarlığa

Minecraft oyunundan ilhamlanan bir çox gənc gələcək karyera istiqamətini oyun vasitəsilə müəyyənləşdirib. Məsələn, Arihant Bhattacharjee adlı şagird TED Talk çıxışında bildirib ki, *Minecraft oynamaq memarlıq sahəsinə marağını artırıb və bu oyunda məkan qurma təcrübəsi ona gələcək peşəsini seçməkdə ilham verib. Eyni məqalədə digər bir Minecraft oyunçusu Lucas Pion qeyd edir ki, oyun ona dizayn sahəsində maraq verib və yaradıcılıq bacarıqlarını gücləndirib. 

Bütün bu nümunələr göstərir ki, düzgün istiqamətləndirildikdə oyunlar boş vaxt itkisi deyil, real peşə maraqlarının və mühüm həyati bacarıqların formalaşdığı bir platformadır.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox