Azedu.az

NASA kosmosda ilk tibbi təxliyəni həyata keçirdi

Maraqlı

15 Yanvar 2026, 14:43
NASA kosmosda ilk tibbi təxliyəni həyata keçirdi

NASA insanlı kosmik uçuşlar tarixində ilk dəfə olaraq Beynəlxalq Kosmik Stansiyadan (BKS) tibbi təxliyə əməliyyatı həyata keçirib. Buna səbəb stansiyada çalışan astronavtlardan birinin tibbi yardıma ehtiyac duyması olub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Crew-11 heyətini daşıyan SpaceX-in Dragon Endeavour kapsulu çərşənbə günü BKS-dən ayrılıb. ABŞ, Rusiya və Yaponiyadan olan dörd astronavtın yer aldığı kapsulun cümə axşamı səhər saatlarında San-Dieqo yaxınlığında Sakit okeana enməsi gözlənilir.

Qəbul edilən qərarla ekipajın kosmosdakı missiya müddəti təxminən bir ay qısaldılıb. NASA tibbi yardıma ehtiyac duyan astronavtın kimliyi və səhhəti ilə bağlı detalları məxfilik səbəbilə açıqlamayıb. Keçmiş BKS komandiri Mike Fincke bildirib ki, astronavtın vəziyyəti stabildir və təxliyə əsasən ehtiyat tədbiri kimi həyata keçirilib.

Təxliyədən sonra Beynəlxalq Kosmik Stansiyada yalnız üç astronavt qalıb. NASA və SpaceX yaranmış personal çatışmazlığını aradan qaldırmaq üçün fevral ayına planlaşdırılan Crew-12 missiyasının buraxılış tarixini irəli çəkməyi nəzərdən keçirir.

Zeynəb Tehranlı

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox