Azedu.az

Oğlan, qız, oğlan… Azərbaycanda yeni ilin ilk körpələrində maraqlı TENDENSİYA

Maraqlı

2 Yanvar 2026, 13:37
Oğlan, qız, oğlan… Azərbaycanda yeni ilin ilk körpələrində maraqlı TENDENSİYA

2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.

Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə, saat 00:01-də Naxçıvan şəhər sakinləri Gülməmmədovlar ailəsində oğlan uşağı anadan olub.2.6 kq çəkidə doğulan uşaq tam sağlamdır.Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib.

Maraqlıdır, əvvəlki illərdə yeni ilin ilk körpəsi qız, yoxsa oğlan olub?

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.Belə ki, 01.01.2025-ci il tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.

2024-cü ilin ilk körpəsi qız olub. Belə ki,TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə Regional Perinatal Mərkəzində dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır.2024-cü il yanvarın 1-də saat 09:50 də doğulan körpənin cinsi qız, boyu 54 sm, çəkisi 3 kq 600 qram olub.

Azərbaycanda 2023-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyindəki 4 saylı Doğum Evində dünyaya gəlib. 01.01.2023-cü il tarixində, saat 00:01-də doğulan körpənin cinsi oğlan, çəkisi 2 kilo 700 qramdır. 

2022-ci ildə doğulan ilk körpə Gəncə şəhərində dünyaya gəlib.Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən veilən məlumata görə, ilin ilk körpəsi oğlandır.Gəncə Perinatal Mərkəzində dünyaya gələn körpələr əkizdir. Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır.

Goranboyda 2021-ci ilin ilk uşağı dünyaya gəlib. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən məlumat verilib.Məlumata görə yeni ilin ilk doğumu saat 00:01-də Goranboy Rayon Mərkəzi Xəstəxanasında (RMX) qeydə alınıb. Məlumat üçün bildirək ki, ilin ilk körpəsi 3 kq 300 qram çəkidə doğulan qız uşağıdır.

2020-ci ildə Yeni ildə Azərbaycanda ilk körpə 4 nömrəli doğum evində dünyaya gəlib.Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq, 4 nömrəli doğum evində qeydə alınıb.Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Rəşidə Qarayeva qız uşağı dünyaya gətirib. Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir.

2019-cu ilin ilk körpəsini 29 yaşlı Günay Zöhrabova dünyaya gətirib. Körpə 1 yanvar tarixində saat 16:38-də dünyaya göz açıb. 2019-cu ilin ilk körpəsi oğlan olub, ilk qız övladı isə yanvarın 1-i saat 23:43-də dünyaya göz açıb.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox