Oksford Universitetinin britaniyalı bioloqu Tim Koulson hesab edir ki, bəşəriyyətin nəsli kəsildikdən sonra səkkizayaqlılar dominant növə çevrilərək öz sivilizasiyalarını, bəlkə də sualtı şəhərlərini qura bilərlər.
AzEdu.az xəbər verir ki, məlumatı "Metro" nəşri yayıb.
Tim Koulson Yerdə demək olar ki, bütün növlərin zamanla nəslinin kəsiləcəyini bildirir. Onun sözlərinə görə, insan nəslinin kəsilməsi digər növlər üçün fürsət yaradacaq.
Alimlər inanırlar ki, səkkizayaqlılar quruya çıxmaq üçün cihazlar icad edə, hətta başqa heyvanları ovlaya və yeməklərini termal bulaqlarda bişirə bilərlər.