Azedu.az

Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçib

Maraqlı

19 Dekabr 2025, 17:45
Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçib

Ulduzlararası kometa "3I/ATLAS" Yerə ən yaxın məsafədən keçib. Kosmik obyektdən Yerə olan məsafə təxminən 269 milyon kilometr olub.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Alimlərin fikrincə, səma cismi üçün növbəti vacib nöqtə martın 16-da təxminən 53 milyon kilometr məsafədən keçəcəyi Yupiter olacaq.

Məlumata görə, "3I/ATLAS" astronomlar tərəfindən kosmik müşahidələr tarixində kəşf edilən üçüncü ulduzlararası obyekt olub. Elm adamları 2017-ci ildə "Oumuamua" asteroidini, 2019-cu ildə isə "2I/Borisov" kometasını kəşf ediblər.

Əksər alimlər "3I/ATLAS"ın ulduzlararası kometa olduğuna inanırlar. Lakin Harvard universitetinin astrofiziki Avi Leb süni mənşəli əlamətlər göstərdiyini iddia edərək, "3I/ATLAS" kometasını nəhəng "yadplanetli gəmi" adlandırıb.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox