Final mərhələsi Tbilisidə keçirilən "Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi məlum olub.
AzEdu.az "Sputnik"ə istinadən xəbər verir ki, Fransa təmsilçisi Lu Delyoz "Ce bonde" mahnısı ilə birinci yeri tutub.
Ukrayna təmsilçisi ikinci, Gürcüstan nümayəndəsi isə üçüncü olub.
Avropanın ən nüfuzlu mahnı müsabiqəsinin finalında 18 ölkə iştirak edib. Azərbaycanı 12 yaşlı müğənni Yağmur Nəsrullayeva "Miau Miau" mahnısı ilə təmsil edib. Münsiflər heyətinin və tamaşaçıların səsverməsinə əsasən, Azərbaycan 15-ci yeri tutub.