Azedu.az

İsveçdə uşaqlarla böyüklər arasında süni intellektdən istifadə fərqi sürətlə artır

Maraqlı

10 Dekabr 2025, 08:37
İsveçdə uşaqlarla böyüklər arasında süni intellektdən istifadə fərqi sürətlə artır

İnternet İnfrastrukturu Fondunun (“Internetstiftelsen”) uşaqlar və valideynlər arasında keçirilmiş sorğuya əsasən İsveçdə uşaqlar süni intellekti (Aİ) böyüklərdən daha sürətlə mənimsəyirlər.

AzEdu.az xəbər verir ki, bu gün 8-19 yaşlı uşaqların onundan biri süni intellektdən istifadə edirsə, böyüklər arasında bu göstərici on nəfərdən dördüdür.

Ekspertlər xəbərdarlıq edirlər ki, fərq artır və bu, problemə çevrilə bilər. Rəqəmsal mütəxəssislərin sözlərinə görə, böyüklər uşaqları dəstəkləmək, onların təhlükəsizliyini təmin etmək və yeni texnologiyalara qarşı tənqidi yanaşma formalaşdırmaq üçün “uşaqlara çatmalıdırlar”. Böyüklər hələ ki, “Google varsa, mənə süni intellekt nə üçün lazımdır?” sualını verərkən, uşaqlar əksinə, “əgər cavabı birbaşa süni intellekdən almaq mümkündürsə, keçidlərə nə ehtiyac var?” deyə maraqlanırlar.

Tədqiqat müəyyən edib ki, uşaqlar Aİ-dən həm dərslər, həm də gündəlik suallar üçün fəal şəkildə istifadə edirlər. Hər dörd şagirddən biri ev tapşırıqlarını yerinə yetirmək üçün Aİ-dən yararlanır, yuxarı sinif şagirdləri arasında isə bu göstərici 60 faizdən çoxdur. Bir çoxları üçün Aİ istənilən sualı çəkinmədən ünvanlamağa imkan verən səbirli bir müəllim kimidir. Kiçik yaşlı uşaqlar isə tez-tez çat-botlarla dost kimi ünsiyyət qururlar.

Böyüklər isə çox zaman süni intellektə ehtiyatla yanaşır və ümumiyyətlə istifadə etmirlər. İsveçlilərin altıda biri belə servislərdən istifadə etmir, pensiya yaşındakılar arasında isə bu göstərici on nəfərdən doqquzudur. Əsas səbəblər inamsızlıq və bilik çatışmazlığıdır.

Mütəxəssislər vurğulayırlar ki, uşaqları güclü Aİ alətləri ilə baş-başa buraxmaq təhlükəlidir. Böyüklər texnologiyaları uşaqlarla birlikdə öyrənməli, istifadə yollarını və potensial riskləri müzakirə etməlidirlər.

Proqnozlar göstərir ki, gənclər arasında Aİ-nın yayılması daha da sürətlənəcək. Məsələn, məktəblərdə ChatGPT-dən istifadə bir il ərzində iki dəfə artıb və bu tendensiyanın daha kiçik yaşlı şagirdlər arasında belə davam edəcəyi gözlənilir.

Moskvaya hücum - Hava limanları bağlandı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox