Azedu.az

Magistraturaya qəbul yerlərinin sayı açıqlanıb

Magistratura

Təhsil Nazirliyi

Dövlət İmtahan Mərkəzi

Tələbələr

9 İyun 2023, 12:32
Magistraturaya qəbul yerlərinin sayı açıqlanıb

Növbəti tədris ili üçün magistratura üzrə proqnozlaşdırılan qəbul yerlərinin sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.

 

O bildirib ki, 2023-2024-cü tədris ilində bu yerlərin sayının 6478 olacağı gözlənilir.


Y.Piriyev deyib ki, bu ildən başlayaraq AMEA-nın institutlarına magistratura üzrə qəbul aparılmayacaq.

Onun sözlərinə görə, elmi təşkilat və elmi institutların magistraturalarına qəbulun aparılmaması plan yerlərinin azalmasına gətirib çıxarmayacaq:

“Ali məktəblərin magistraturalarına qəbul olan tələbələr bu elmi təşkilat və institutlarda tədqiqatlar aparacaqlar”.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox