Azedu.az

Magistratura imtahanında iştirak üçün BU sənədlər vacibdir- Namizədlərin NƏZƏRİNƏ

Magistratura

Dövlət İmtahan Mərkəzi

12 Fevral 2022, 17:05
Magistratura imtahanında iştirak üçün BU sənədlər vacibdir- Namizədlərin NƏZƏRİNƏ

 

Magistraturaya qəbul imtahanlarının I cəhdinə müraciətlərin qəbulu davam edir.

 

İmtahan 20 fevral tarixində keçiriləcək və ödəniş miqdarı 50 manatdır.

 

Bəs namizədlər imtahana gələrkən özlərilə hansı sənədləri gətirməlidirlər?

 

AzEdu.az xəbər verir ki, DİM-in məlumatına əsasən, imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

 

Bəyannaməni buraxılış vərəqəsi ilə birgə saytımızdan çap edə biləcəksiniz.

 

Qeyd edək ki, qəbul imtahanına II cəhdin may ayında keçirilməsi nəzərdə tutulur.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox