Azedu.az

Magistraturadan ən çox bal toplayan tələbə: “Özümə inanırdım”

Magistratura

17 Fevral 2026, 21:23
Magistraturadan ən çox bal toplayan tələbə: “Özümə inanırdım”

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

İmtahandan yüksək nəticə toplayanlardan biri də Elvina Əliyevadır. 

AzEdu.az-a Elvina Əliyeva imtahan təəssuratlarını bölüşüb. 

O, Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisası üzrə 5-ci kurs tələbəsidir. Həmçinin, “Prosol" şirkətində SOC analitiki vəzifəsində çalışır.

Müsahibimiz qeyd edib ki, 91 bal toplayıb, amma daha yüksək nəticə də əldə edə bilərdi:

"Nəticədən heç kəs 100% əmin ola bilməz, amma mən özümə inanırdım. Əzm və çalışqanlıqla bu nəticəni əldə etdiyimi düşünürəm. Essedən də 5 bal gözləyirəm.

Gələcəkdə İnformasiya Təhlükəsizliyi sahəsində təhsilimi elə öz universitetimdə, Bakı Ali Neft Məktəbində davam etdirməyi planlaşdırıram.

Ümumilikdə, imtahan nə çox çətin, nə də asan idi. Suallar bir az vaxt aparan oldu. Ümumilikdə imtahan mənim üçün həyəcanlı keçdi, amma bu həyəcanın öhdəsindən gələrək yaxşı nəticə əldə etdim.

Diqqətsizliyim ucbatından cəmi 4 səhvim oldu  - informatika üzrə 2, məntiq üzrə 2 səhv. 91 bal toplamışam, amma düşünürəm ki, daha yüksək nəticə də əldə edə bilərdim".

Rusiyada DƏHŞƏTLİ ANLAR - Azərbaycanlıların meyiti tapıldı
Son xəbərlərDaha çox