Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirdiyi qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkə birinciləri olublar.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və Proseslərin avtomatlaşdırılması ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev imtahanda 91 bal toplayıblar.
Elvina Əliyeva BANM-ə 689,6 balla qəbul olub, Prezident təqaüdünə layiq görülüb.
Zahid Abdullayev isə 671,2 balla BANM-ə daxil olub.