Azedu.az

Magistraturaya qəbulun nəticələri sabah açıqlanacaq? - DİM-dən CAVAB

Magistratura

16 Fevral 2026, 10:11
Magistraturaya qəbulun nəticələri sabah açıqlanacaq? - DİM-dən CAVAB

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.

Maraqlıdır, qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri sabah elan oluna bilər?

Mövzu ilə bağlı AzEdu.az-a Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, dəqiq məlumat olmadığı üçün nəticələrin elan olunacağı tarix barədə qəti fikir bildirmək mümkün deyil:

"Ehtimal olunur ki, magistratura imtahanının nəticələri 3-cü gün açıqlana bilər",- deyə məlumat verilib.

Rus agentləri vurulur - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox