Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.
AzEdu.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq.
Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.