Azedu.az

Hər il magistraturada yüzlərlə plan yeri boş qalır - STATİSTİKA

Magistratura

12 Fevral 2026, 12:55
Hər il magistraturada yüzlərlə plan yeri boş qalır - STATİSTİKA

Son üç ildə magistratura səviyyəsi üzrə qəbul prosesinin nəticələri göstərir ki, ixtisaslaşma seçimi mərhələsi və qeydiyyat göstəriciləri ümumi qəbul statistikasına ciddi təsir edir.

AzEdu.az 2022-2024-cü illər üzrə magistraturadan imtina edən bakalavrların sayı haqqında məlumatı təqdim edir.

2022-ci ildə qəbul imtahanının nəticələrinə görə 11 510 bakalavr magistraturaya qəbul olunub. Amma 1 033 nəfər qeydiyyatdan keçməyib və 2 511 yer boş qalıb. Buna görə avqustun 8-dən 14-nə qədər boş qalan yerlərə ixtisaslaşma seçimi keçirilib. Bu mərhələdə 1 848 nəfər iştirak edib, amma onlardan 100 nəfər birinci seçimdə iştirak etməyib. İştirak edənlərin 761-i magistraturaya qəbul olunub və onların 551-i qeydiyyatdan keçib.

Ümumilikdə, ixtisaslaşma seçiminə 14 379 nəfər qatılıb ki, bu da qəbul imtahanında iştirak edənlərin 69,05%-i deməkdir, və onların 11 028-i magistraturaya qəbul olub. Hesablamalara görə, qəbul imtahanında iştirak edənlərin təxminən 6 441 nəfəri ixtisaslaşma seçiminə qatılmayıb.

2023-cü ildə isə 13 282 bakalavr magistraturaya qəbul olunub. Onlardan 1 091 nəfər qeydiyyatdan keçməyib və 1 822 yer boş qalıb. Buna görə avqustun 14-dən 20-nə qədər boş yerlərə ixtisaslaşma seçimi keçirilib. Bu mərhələdə 2 900 nəfər iştirak edib, amma onlardan 76 nəfər birinci seçimdə iştirak etməyib. İştirak edənlərin 1 055-i magistraturaya qəbul olunub və 801 nəfər qeydiyyatdan keçib.

Ümumilikdə ixtisaslaşma seçiminə 17 412 nəfər qatılıb, onların 12 992-si magistraturaya qəbul olub. Bu da göstərir ki, qəbul imtahanında iştirak edənlərin təxminən 6 708 nəfəri seçim mərhələsinə qatılmayıb.

2024-cü ildə 13 484 bakalavr magistraturaya qəbul olunub. Onlardan 1 076 nəfər qeydiyyatdan keçməyib və 3 514 yer boş qalıb. Buna görə avqustun 1-dən 8-nə qədər boş yerlərə ixtisaslaşma seçimi aparılıb. Bu mərhələdə 1 554 nəfər iştirak edib, amma onlardan 181 nəfər birinci seçimdə iştirak etməyib. İştirak edənlərin 610-u magistraturaya qəbul olunub və 443 nəfər qeydiyyatdan keçib.

Ümumilikdə ixtisaslaşma seçiminə 15 803 nəfər qatılıb, onların 12 851-i magistraturaya qəbul olub. Hesablamalara görə, qəbul imtahanında iştirak edənlərin təxminən 9 050 nəfəri ixtisaslaşma mərhələsinə qatılmayıb.

Baxdıqda görürük ki, 2023 və 2024-cü illərdə qəbul olunanların sayı 2022-ci illə müqayisədə artıb. Amma xüsusilə 2024-cü ildə boş qalan yerlərin sayı çoxalıb. Maraqlıdır ki, 2024-cü ildə ixtisaslaşma seçiminə qatılanların faizi azalsa da, qəbul göstəricisi əvvəlki illərlə müqayisədə daha yüksək, yəni 81,32% olub

DTX Mehdiyev və şəbəkəsini İFŞA ETDİ - Şok faktlar üzə çıxdı
Son xəbərlərDaha çox