Azedu.az

Magistratura imtahanlarında yüksək bal toplayanların sayı ilbəil AZALIR

Magistratura

22 Yanvar 2026, 09:25
Magistratura imtahanlarında yüksək bal toplayanların sayı ilbəil AZALIR

Magistratura imtahanlarının nəticələrinin illər üzrə təhlili bakalavrların topladıqları balların interval üzrə bölgüsünü, iştirakçı sayındakı dəyişiklikləri və ümumi tendensiyaları müəyyən etməyə imkan verir.

AzEdu.az 2020-2025-ci illər üzrə magistratura imtahanlarının nəticələrini ardıcıllıqla təqdim edərək hər il üçün əsas statistik göstəricilər və ümumi nəticələr ümumiləşdirib.

2020-ci ildə magistratura imtahanında ümumilikdə 15552 nəfər bakalavr iştirak edib. Nəticələr göstərir ki, ən yüksək sıxlıq 46-50 bal intervalında müşahidə olunub. (2 086 nəfər). 0-30 bal toplayanların sayı 1441 nəfər olub. Yüksək nəticə göstərənlərin sayı olduqca az olmuş, 91-95 bal intervalında 15 nəfər qeydə alınmış, 96-100 bal intervalında isə heç bir iştirakçı olmayıb.

2021-ci ildə magistratura imtahanında iştirakçıların sayı artaraq 19 625 nəfərə çatıb. Bu il üzrə ən yüksək sıxlıq yenə orta bal intervalında, xüsusilə 46-50 bal (2 769 nəfər) və 41-45 bal (2 670 nəfər) aralığında müşahidə edilib. Yüksək bal toplayanların sayı əvvəlki illə müqayisədə bir qədər artsa da, 96-100 bal intervalında cəmi 1 nəfər qeydə alınıb.

2022-ci ildə magistratura imtahanında iştirak edən bakalavrların ümumi sayı 20 823 nəfər olub. Ən yüksək sıxlıq 45-55 bal intervalında müşahidə edilib. Xüsusilə 45-50 bal aralığında 2 637, 50-55 bal intervalında isə 2 666 nəfər qeydə alınıb. Yüksək bal toplayanların sayı az olmuş, 90-95 bal intervalında 60, 95-100 bal intervalında isə cəmi 14 nəfər müəyyən edilib.

2023-cü ildə magistratura imtahanında iştirakçıların sayı artaraq 24 118 nəfərə yüksəlib. Balların əsas hissəsi 50-55 bal (2 949 nəfər) və 55-60 bal (2 841 nəfər) intervalında cəmlənib. Yüksək bal göstəriciləri əvvəlki illə müqayisədə artsa da, 95-100 bal intervalında iştirakçı sayı 29 nəfərlə məhdudlaşıb.

2024-cü ilin nəticələri aşağı və orta bal intervalında nisbi artımın davam etdiyini göstərir. 0-30 bal intervalında 2 301, 35-40 bal intervalında isə 2 613 bakalavr qeydə alınıb. Orta bal aralığında (45–60 bal) iştirakçıların sayı üstünlük təşkil edib. Yüksək nəticə göstərənlərin sayı isə az olmuş, 90-95 bal intervalında 30, 95-100 bal intervalında isə cəmi 5 nəfər müəyyən edilib.

2025-ci ildə magistratura imtahanında iştirakçıların sayı əhəmiyyətli dərəcədə artaraq 22 641 nəfər olub. Balların bölgüsü göstərir ki, əsas kütlə 40-60 bal intervalında cəmlənib. Xüsusilə 45-50 bal (3 345 nəfər), 50-55 bal (3 102 nəfər) və 55-60 bal (3 046 nəfər) aralıqları ən yüksək göstəricilərlə seçilmişdir. 95-100 bal intervalında isə cəmi 5 nəfər qeydə alınıb.

2020-2025-ci illər üzrə magistratura imtahanlarının nəticələrinin müqayisəsi göstərir ki, iştirakçı sayı illər üzrə artan dinamika nümayiş etdirir və bakalavrların böyük əksəriyyəti orta bal intervalında cəmlənir. Yüksək bal toplayanların ümumi iştirakçılar içərisində payı isə bütün illərdə nisbətən aşağı olub. 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox