2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu davam edir.
AzEdu.az xəbər verir ki, bu gün saat 09:50-ə olan məlumata əsasən, ümumilikdə 8 677 bakalavrın sənədi təsdiq edilib. Onlardan 7 767 nəfər Azərbaycan, 910 nəfər isə rus bölməsində təhsil alanlardır. Qeydiyyatdan keçənlər arasında ingilis dili üzrə Azərbaycan bölməsində 6 690, rus bölməsində isə 897 nəfər var. Fransız dili üzrə Azərbaycan bölməsində 77, rus bölməsində 5 nəfər, alman dili üzrə isə müvafiq olaraq 68 və 8 nəfər qeydiyyatdan keçib. Ərəb dili üzrə yalnız Azərbaycan bölməsindən 1 nəfər müraciət edib, rus bölməsi üzrə isə müraciət qeydə alınmayıb. Rus dili üzrə isə Azərbaycan bölməsində 928 nəfər qeydiyyatdan keçib, rus bölməsində isə müraciət edən olmayıb.
Qeyd edək ki, bakalavr 2026-cı il yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.