Azedu.az

Magistraturaya qəbul üzrə sınaq imtahanı başlayıb

Magistratura

18 Yanvar 2026, 11:00
Magistraturaya qəbul üzrə sınaq imtahanı başlayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada təşkil olunan sınaq imtahanı bu gün saat 11:00-da başlayıb.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Gəncə, Şəki, Şəmkir, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında, Naxçıvanda isə 4 saylı orta məktəbdə təşkil olunacaq. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 493 nəfər qeydiyyatdan keçib.

Test tapşırıqlarının cavablandırılmasına 3 saat, xarici dil fənni üzrə essenin yazılmasına isə 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqda və ya imtahanı yekunlaşdırdıqda nəticələrlə (esse qiymətləri istisna olmaqla) tanış olmaq imkanına malik olacaqlar.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox