Azedu.az

Magistratura: I cəhddə iştirak etməyənlər II cəhddə imtahana buraxılacaq? - DİM

Magistratura

14 Yanvar 2026, 10:52
Magistratura: I cəhddə iştirak etməyənlər II cəhddə imtahana buraxılacaq? - DİM

Magistratura səviyyəsi üzrə qəbul imtahanının I cəhdi 2026-cı il fevralın 15-də keçiriləcək. Bununla bağlı bakalavrları maraqlandıran əsas məsələlərdən biri imtahan cəhdləri və qeydiyyat qaydalarıdır.

Xüsusilə I cəhd üçün qeydiyyatdan keçməyən şəxslərin II cəhd imtahanında iştirak edib-edə bilməyəcəyi ilə bağlı suallar aktuallıq qazanıb.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, I cəhd üçün qeydiyyatdan keçməyən namizədlər II cəhd imtahanında iştirak etmək hüququna malikdirlər.

Bu namizədlər müvafiq vaxtda II cəhd üçün elan ediləcək qeydiyyat prosesində iştirak edərək imtahana buraxıla bilərlər.

Qeyd edək ki, bakalavr 2026-cı il yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox