Azedu.az

Toydan çıxan müəllimi avtomobil vurdu

Lənkəran-Astara

Müəllimlər və elm adamları

9 Fevral 2025, 11:42
Toydan çıxan müəllimi avtomobil vurdu

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi toydan çıxıb yolu əks istiqamətə keçmək istəyən Lənkəran rayonunun Ləj kənd sakini 1977-ci il təvəllüdlü Akşin Böyükağa oğlu Əliyevi vurub.

A.Əliyev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona zəruri ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Akşin Əliyev Ləj kənd məktəbində tarix müəllimi işləyir.

 

İranda etirazçılara SƏRT XƏBƏRDARLIQ - Hamını məhv edəcəyik!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox