Azedu.az

“Firidun bəy Köçərli mükafatı”nın qalibləri - SİYAHI 

Layihələrimiz

26 Yanvar 2026, 17:00
“Firidun bəy Köçərli mükafatı”nın qalibləri - SİYAHI 

Bu gün böyük maarifçi Firidun bəy Köçərlinin anadan olmasının 163-cü ili tamam olur.

AzEdu.az Təhsil Portalı 2020-ci ildən “Firidun bəy Köçərli mükafatı" təsis edib.

2026-cı il üçün "Firidun bəy Köçərli" adına mükafata layiq görülən 10 namizəd AzEdu.az ekspert qrupunun geniş müzakirələri və qiymətləndirmələri nəticəsində seçilib.
 
"Firidun bəy Köçərli" mükafatının qaliblər:

Təhsil qanunvericiliyinin təbliği və tədris prosesinin beynəlxalq uğurlu trendlər yönündə inkişafı ilə bağlı zəruri təşəbbüslərinə görə - Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, “ADA” Universitetinin professoru Fariz İsmayılzadə;

Ali təhsildə innovativ metodlar, tədqiqatyönümlü fəaliyyət proqramının tətbiqi və peşəkar idarəetmə sahəsindəki uğurlarına görə - Qarabağ Universitetinin rektoru Şahin Bayramov;

Təhsilin regionda uğurlu inkişafı və nümunəvi idarəçilik fəaliyyətinə görə - Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov;

Təhsilin ictimai sferada təbliği və keyfiyyətinin yüksəldilməsinə yönəlik analitik yanaşmalarına görə - Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə;

İctimaiyyətlə əlaqələr sahəsində yüksək operativlik və peşəkarlığa, media-təhsil əlaqələrinin qarşılıqlı inkişafındakı xidmətlərinə görə - Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə;

Təhsilin müxtəlif səviyyələri üzrə aparılan qəbul prosesinin uğurlu təşkili və peşəkar təbliğinə görə - DİM-in departament müdiri Natiq Əliyev;

Ali təhsil seqmentində nümunəvi və fədakar müəllim obrazının yüksək səviyyədə təbliğinə görə -  Qarabağ Universitetinin müəllimi Arzu Şükürova;

Təhsil məsələlərinin təhlili və inkişafı istiqamətində uğurlu konseptual ideya-təkliflərinə görə -
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri;

Təhsil sahəsində təşəbbüskar yanaşması və ictimai aktivliyinə görə - Bakı şəhəri 144 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru İlahə Həmidova;

Müasir tədris modelləri və beynəlxalq təcrübələrin faydalı orta təhsil mühitindəki faydalı tətbiqinə görə - Şamaxı rayonu Dağ Göylər kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Quliyeva.

Mükafatlar qaliblərə təqdim olunacaq.

Qeyd edək ki, AzEdu.az Təhsil Portalının təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş şəkildə ictimaiyyətə çatdırmaqdır.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox