Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşmədən qəbul olunanlar üçün qeydiyyat prosesi davam edir. 
AzEdu.az xəbər verir ki, namizədlər  //portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 
Elektron sistem üzrə qeydiyyat 3 oktyabr saat 18:00-da yekunlaşacaq. 
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.