Azedu.az

Naxçıvanda kolleclərdə təhsil alan tələbələrin SAYI

Kolleclər

18 Dekabr 2025, 10:38
Naxçıvanda kolleclərdə təhsil alan tələbələrin SAYI

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin sayı açıqlanıb.

AzEdu.az xəbər verir ki, 2025-2026-cı tədris ilinin əvvəlinə olan məlumata görə, Muxtar Respublikanın orta ixtisas təhsili müəssisələrində ümumilikdə 2318 tələbə təhsil alır.  Bu barədə MR Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Statistik göstəricilərə əsasən, bu tələbələrdən 563-ü ölkənin digər şəhər və rayonlarından Naxçıvana gələrək təhsil alan gənclərdir. Qalan 1755 nəfər isə Muxtar Respublikada qeydiyyatda olan tələbələrdən ibarətdir.
Məlumatda həmçinin qeyd olunur ki, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin 1048 nəfərini qadınlar təşkil edir. Bu göstərici regionda peşə və ixtisas təhsilinə qadınların marağının artdığını göstərir.
Qeyd edək ki, orta ixtisas təhsili müəssisələri əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox