Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edəcək.
Yüksək bal toplayanların siyahısı üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin məzunu Alı İsmayılov I ixtisas qrupu üzrə 697,05 bal toplayaraq ən yüksək nəticəni əldə edib.

Gəncə şəhər 27 nömrəli məktəb-liseyin məzunu Aysu Hüseynova- IV ixtisas qrupu üzrə 692,8 bal;

Gəncə şəhər 12 nömrəli tam orta məktəbin məzunu Rəfail Qarayev- IV ixtisas qrupu üzrə 686,6 bal;

Gəncə şəhər 29 nömrəli tam orta məktəbin məzunu Elcan Əkbərov- III ixtisas qrupu üzrə 684 bal;

Goranboy şəhər 2 nömrəli tam orta məktəbin məzunu Nəzrin Yusifova- III ixtisas qrupu 684 bal;

Göygöl şəhər 5 nömrəli tam orta məktəbin məzunu Vüsalə Şamilova- III ixtisas qrupu üzrə 681 bal;

Goranboy rayon R.Cabbarov adına Şadılı kənd tam orta məktəbin məzunu Ümid Eyvazov - I ixtisas qrupu üzrə 681 bal.
