Azedu.az

Qəbulun I cəhdi üzrə apellyasiya müraciətlərinin SAYI

19 İyun 2025, 09:43
Qəbulun I cəhdi üzrə apellyasiya müraciətlərinin SAYI

Xəbər verdiyimiz kimi, mayın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üçün qəbul imtahanı keçirib.

Bəzi iştirakçılar imtahan nəticələri ilə razılaşmayaraq müvafiq qaydada apellyasiya müraciətləri təqdim ediblər.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, qəbul imtahanı üzrə bu saata qədər II ixtisas qrup üzrə (153), III ixtisas qrupu üzrə isə (588) nəfər apellyasiyaya müraciət edib.

Qeyd edək ki, apellyasiya müraciətlərinin qəbulu iyunun 19-u saat 17:00-dək davam edəcək.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox