Azedu.az

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

İmtahanlar

Dövlət İmtahan Mərkəzi

12 May 2025, 12:39
Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 11-də keçirilən imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib. Bildirilib ki, imtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox