Azedu.az

Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır

İmtahanlar

Dövlət İmtahan Mərkəzi

3 Aprel 2026, 14:40
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır

“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahan 13 iyun 2026-cı il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 24 aprel 2026-cı ildir.

Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

Putindən Zelenskiyə ULTİMATUM: Bu əraziləri mənə ver və təslim ol!
Son xəbərlərDaha çox