Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsinin I cəhdinin keçirilmə tarixləri müəyyənləşdirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.
Məlumata görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanı 24 may tarixində keçiriləcək.
I və IV ixtisas qrupları üzrə imtahan isə 7 iyun tarixində təşkil olunacaq. Həmin gün həmçinin coğrafiya fənni üzrə əlavə imtahan da baş tutacaq.
Qeyd edək ki, imtahanlarda iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.
Ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.