Azedu.az

“Ən zəif şagird belə 14 düz yaza bilərdi” - riyaziyyatdan etiraz edənlərə CAVAB

İmtahanlar

11 Mart 2026, 15:36
“Ən zəif şagird belə 14 düz yaza bilərdi” - riyaziyyatdan etiraz edənlərə CAVAB

9 mart keçirilən buraxılış imtahanından sonra abituriyentlərin böyük bir qismi riyaziyyat suallarının çətin olduğunu, yaxşı nəticə göstərə bilmədiklərini, sual şərtlərinin uzun və mövzuların mürəkkəb olduğunu bildirərək etirazlarını səsləndirib.

Maraqlıdır, həqiqətən də suallar çətin idi? Abituriyentlərin bu narazılığı nə dərəcədə əsaslı hesab oluna bilər? 

Qeyd edək ki, sualların çətin olduğu iddia olunsa da, səhv sual aşkar olunmayıb.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən riyaziyyat müəllimi Nərgiz Şahmurova qeyd edib ki, imtahanda olan 17 qapalı və açıq tipli sualın böyük hissəsi kifayət qədər sadə idi:

179350

"9 mart tarixində keçirilən buraxılış imtahanında riyaziyyat suallarının çox çətin olması ilə bağlı iddialar yayılıb. Bir müəllim kimi bu iddiaları belə dəyərləndirirəm ki, imtahanda olan 17 qapalı və açıq tipli sualın böyük hissəsi kifayət qədər sadə idi. Lakin ətraflı cavab tələb olunan suallar arasında əsaslı olaraq 2 yaxşı və düşündürücü sual var idi. Qalan suallar isə ümumilikdə orta səviyyədə qiymətləndirilə bilər.

Burada müəllimlərin diqqət çəkmək istədiyi bir məqam da var. Ətraflı cavab tələb olunan suallara niyə çətin və orta səviyyəli suallar salınır? Çünki ətraflı cavab tələb edən suallar daha yüksək bal verir, qapalı suallar isə daha az bal ilə qiymətləndirilir. Məncə, orta və çətin səviyyəli suallar qapalı suallar arasında yerləşdirilsə, ətraflı cavab tələb olunan suallar isə daha sadə olsa, bu şagirdlər üçün daha rahat və əlverişli olar. 

Ümumilikdə isə deyə bilərəm ki, suallar arasında bir sual xüsusilə müzakirə olunur - parabola ilə bağlı olan sual. Araşdırmalara görə, bu sual rusların olimpiada tipli materiallardan götürülüb. Buna baxmayaraq, düşünürəm ki, həmin sual da o qədər çətin deyildi. Son illərdə buraxılış imtahanlarında düşən parabola və ya funksiya sualları ilə müqayisədə təxminən eyni səviyyədə idi.

Onu da qeyd edim ki, mənim dərs dediyim ən zəif şagird belə bu imtahanda 14 sualı düzgün cavablandıra bilmişdi. Yəni, çox zəif səviyyədə olan bir şagird belə 13-14 sual yaza biləcək səviyyədə bir imtahan idi".

ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var
Son xəbərlərDaha çox